Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Gömrük sədri iş adamları ilə görüşəcək

  Gömrük sədri iş adamları ilə görüşəcək

Gömrük sədri iş adamları ilə görüşəcək

Dərc Edildi
20 noyabr 2018

 

 

Dövlət Gömrük Komitəsi (AR DGK) və Caspian European Club 2018-ci il dekabrın 6-da birgə biznes-forum təşkil edəcək. FED.az xəbər verir ki, Biznes-foruma DGK-nın sədri Səfər Mehdiyev sədrlik edəcək.

Görüş iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin xahişinə, Caspian European Club-un sahə klublarının iclasları çərçivəsində səsləndirilmiş məsələlərin və təkliflərin müzakirəsi nəticəsində irəli sürülmüş təşəbbüs əsasında təşkil olunur.

Biznes-forumda Caspian European Club-un şirkət rəhbərlərinin gömrük fəaliyyəti ilə bağlı təklif və təşəbbüsləri müzakirə ediləcək. Forum çərçivəsində həmçinin biznesmenlərə onları maraqlandıran suallara cavab tapmaq imkanı yaradılacaq.

“Öz tərəfimizdən qeyd etmək istəyirəm ki, Dövlət Gömrük Komitəsi və şəxsən Səfər Mehdiyev biznes-hökumət dialoqunda fəal iştirak edir, şirkətlərin bütün xahiş və təkliflərinə dərhal münasibət bildirir. Ümid edirəm ki, bu formatda əməkdaşlıq gələcəkdə də davam edəcək”, - deyə Telman Əliyev söyləyib.

Biznes-forumda http://caspianenergy.org/index.php/az/registration/item/358-business-forum-06-12-2018  linki üzrə Caspian European Club-un saytında qeydiyyatdan keçmiş şirkətlər iştirak edəcəklər.