Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Heyvan qanı biznesi başlayır - TÜRKİYƏDƏ FABRİK QURULDU

  Heyvan qanı biznesi başlayır - TÜRKİYƏDƏ FABRİK QURULDU

Heyvan qanı biznesi başlayır - TÜRKİYƏDƏ FABRİK QURULDU

Dərc Edildi
8 noyabr 2018

 

 

Xarici ölkələrdə elə biznes növləri var ki, Azərbaycanda bu barədə ya heç düşünməyiblər, ya da onun reallaşmasına inanmırlar. Amma FED.az BİZNES xəbər verir ki, həmin bizneslər böyük gəlir gətirir və ən əsası, bu biznes üçün xammalı demək olar ki, pulsuz tapmaq mümkündür.

Belə biznes növlərindən biri heyvan qanından gübrə alınmasıdır.

Avropa İttifaqında ət istehlakı üçün kəsilən heyvanların hər bir hissəsi qiymətlidir. Bu ölkələrin bəzilərində kəsilən heyvanların qanından da istifadə olunur. Əvvəllər iqtisadi əhəmiyyəti olmayan, torpağa ya da kanalizasiyaya axıdılan qan artıq müəyyən proseslərdən keçdikdən sonra gübrə olaraq istifadə edilir.

Bu proses Türkiyədə artıq başlayıb. Qardaş ölkədə iri və xırda buynuzlu mal-qaranın kəsim yerlərində heyvan qanı toplanaraq qurudulacaq və qan unu halına gətiriləcək. Həmin qan unu daha sonra yüksək proteinli balıq və ev heyvanları yemi istehsalında, gübrə qarışımlarında və s. istifadə məqsədilə Avropa ölkələrinə satılacaq.

İri buynuzlu heyvanların ən çox kəsildiyi Afyonkarahisar vilayətində bu məqsədlə yaradılacaq emal müəssisəsi həm gəlir gətirəcək, həm də ətraf mühitin qorunmasına öz tövhəsini verəcək.

Startup layihəsinin müəllifi Yakup Özsoy, ölkə ərazisində kəsilən bütün iri və xırda buynuzlu heyvanların qanını almaq istədiyini bildirib.

Kayseri Regional Veterinar Həkimler Palatasının rəhbəri Zafer Gönülalan, əvvəllər Türkiyədə belə bir təcrübənin olmadığından təəssüfləndiyini qeyd edərək Avropa ilə müqayisədə Türkiyənin daha çox itki verdiyini bildirib. O, "Türkiyə müsəlman əhalisi olan ölkədir, hər il Qurban bayramında milyonlarla heyvan kəsilir, qazanan iqtisadiyyatımız olacaqdır" - deyib. Heyvan qanının əvəzsiz orqanik gübrə olduğuna diqqət çəkən Gönülalan, Avropada Türkiyədən idxal edilən bəzi məhsullara sanksiyalar tətbiq edilməsindən də söz açıb.

O deyib ki, "Avropada heyvanların heç bir hissəsi atılmır. Xüsusilə də qandan delikateslər, qaraciyərdən paştet istehsal edirlər. Qandan həmçinin yem istehsalında da istifadə olunur. Qanın maye hissəsini ayıraraq qatılaşdırlar. Hətta bəzi Avropa ölkələri vətəndaşları heyvan qanından bişirdikləri yeməklərdə də istifadə edirlər. Biz isə Qurbanlıq heyvanların qanından gübrə olaraq istifadə edəcəyik".

Zafer Gönülalan bildirib ki, iri və xırda buynuzlu heyvanlarda diri çəkilərinin 1/13-ü qədər qan var. Yəni 600 kq diri çəkisi olan inəkdə təxminən 40 kq qan var.
 

FED.az. İstanbul/Türkiyə