Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

İzmirdə Ege İqtisadi Forumu keçirilib

 İzmirdə Ege İqtisadi Forumu keçirilib

İzmirdə Ege İqtisadi Forumu keçirilib

Dərc Edildi
22 noyabr 2018

 

 

Türkiyənin İzmir şəhərində Ege İqtisadi Forumu keçirilib.

FED.az xəbər verir ki, forumda rəsmi şəxslər, o cümlədən səfirlər, iqtisadçı alimlər, Türkiyənin böyük şirkətlərinin rəhbərləri iştirak ediblər.

Forumun rəsmi açılışında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım çıxış edib. Türkiyənin iqtisadi siyasətinin istiqamətlərindən bəhs edən TBMM-nin sədri diqqətə çatdırıb ki, məqsəd ölkənin hər bölgəsində bütün sahələr üzrə dinamik inkişafı təmin etməkdir. Parlament sədri, həmçinin Türkiyənin dünya dövlətləri ilə iqtisadi və ticarət əlaqələrindən də danışaraq bildirib ki, başlıca hədəf istehsal məhsullarının ixracını artırmaq, daha böyük bazarlara çıxmaq, xalqın rifahını yüksəltməkdir.

Ege Forumunda sənayenin inkişafı, rəqabətə davamlılıq, yeni satış bazarlarının tapılması, Avrasiyadakı iqtisadi proseslərin Türkiyəyə təsiri kimi məsələlər müzakirə edilib.