Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Kıbrıs Raporu bülleteninin icraçı direktoru Mert Özdeş və hüquq müdafiəçisi və Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət ediblər

Dərc Edildi
17 oktyabr 2024
2024-cü il 16 oktyabr tarixində tanınmış hüquq müdafiəçisi və Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov, eləcə də Kıbrıs Raporu bülleteninin icraçı direktoru Mert Özdeş Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət ediblər. Görüşdə TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat qonaqları qəbul edərək, birliyin fəaliyyəti və məqsədləri haqqında geniş məlumat verib. Görüş zamanı Hüseyin Büyükfırat TÜİB-in Türkiyə və Azərbaycan arasında iqtisadi, ticari və sənaye sahələrində əməkdaşlığı gücləndirmək məqsədilə gördüyü işlərdən bəhs edib. O, qeyd edib ki, TÜİB, iki qardaş ölkə arasında iqtisadi əlaqələri daha da genişləndirmək, iş adamlarını bir araya gətirmək və yeni biznes imkanları yaratmaq məqsədilə fəaliyyət göstərir. Büyükfırat həmçinin, Azərbaycan iş dünyasının potensialını yüksəltmək və regional layihələrdə Türkiyənin dəstəyi ilə daha da böyük uğurlar qazanılmasının vacibliyini vurğulayıb. Gələcək əməkdaşlıq mövzusunda da müzakirələr aparılıb. Əhməd Şahidov və Mert Özdeş, hər iki ölkənin müştərək maraqlarına xidmət edən layihələrdə birgə fəaliyyət göstərmək və insan hüquqları, demokratiya sahəsində dəstəyi gücləndirmək istiqamətində fikirlərini bölüşüblər. Bu görüş, Türkiyə və Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən işgüzar və hüquqi müstəvidə əməkdaşlığını dərinləşdirmək üçün müsbət addım kimi qiymətləndirilir. Belə görüşlərin davamlı olaraq keçirilməsi, iki ölkənin əlaqələrinin daha da möhkəmləndirilməsinə və ortaq maraqların reallaşdırılmasına xidmət edəcək.