Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

“Məhsullarımızın ixracı üçün bazarları araşdırırıq” – MÜSAHİBƏ

“Məhsullarımızın ixracı üçün bazarları araşdırırıq” – MÜSAHİBƏ

“Məhsullarımızın ixracı üçün bazarları araşdırırıq” – MÜSAHİBƏ

Dərc Edildi
27 aprel 2018

 

Azərbaycanın məşhur «Mr.Fix» tikinti kimyəviləri markası 2003-cü ildə yerli marka olaraq istehsalata başlayıb və bu sahədə aktiv fəaliyyət göstərir. Ümumilikdə şirkətin sahibkarları 20 ildən çoxdur ki, Azərbaycanda biznes fəaliyyəti ilə məşğuldurlar. Şirkətin fəaliyyəti ilə bağlı «İş Dünyamız»ın suallarına «Mr.Fix»in məxsus olduğu «Kartaş LTD» MMC-nin rəhbəri Necmeddin Taşbağ cavab verir.

 

- Necmeddin bəy, necə oldu ki Azərbaycanda istehsala başladınız?

- Uzun zamandır bu sahənin içində olduğumuz üçün ehtiyac və tələbatları yaxşı görürdük. Məhz bu səbəbdən irəli çıxaraq yerli tikinti materialları brendini yaratmaq qərarına gəldik. Yerli bazarda bu sahədə görüləsi çox işlərin olduğunu bilərək bu yola çıxdıq və artıq 15 ildir ki, Mr.Fix markası “hər zaman yaxşısı” amalı ilə tikinti materialları sahəsində öz zəngin təcrübəsi ilə üstünlüyünü qoruyur.

 

- Şirkətiniz hansı məhsulları istehsal edir?

- Tikinti materialları sahəsi çox zəngin bir çeşidə sahibdir. Şirkətimizin istehsal etdiyi tikinti kimyəviləri də bu sahənin bir qoludur. Məhsul qruplarımızdan yapışdırıcılar, ara dolğuları, təmir materialları, istilik və su izolyasiya məhsulları, hazır beton sənayesi üçün nəzərdə tutulmuş kimyəvi beton qatqılarımızı qeyd edə bilərəm.

 

- Bazara hansı yeni məhsullarınızı çıxarmağı planlaşdırırsınız?

- Mr.Fix markası olaraq daima yerli bazarın yeni məhsullara olan ehtiyacını diqqətə alırıq. Hazırda yeni məhsullarımızı bazara çıxarmaq istiqamətində işlərimiz davam edir. Oktyabr ayında keçirilən İnşaat Sərgisində bu məhsulların bir qismini təqdim etdik. Bunlardan biri olan bitum əsaslı su izolyasiya məhsulu binaların zəminində, daxili eyvan və damlarında istifadə oluna bilən yüksək texnologiyaya sahib modifikasiyalı məhsullardır. Eyni zamanda mövcud məhsullarımızın da fərqli yöndə ehtiyacları qarşılaması üçün inkişaf etdiririk.

 

- Mr.Fix Azərbaycan bazarında hansı yeri tutur?

- Tikinti sahəsi Azərbaycanda ən inkişaf edən və canlı sahələrdən biridir. Mr.Fix tikinti kimyəviləri markası isə keyfiyyətə verdiyi önəm nəticəsində tikinti materialları sahəsində əhəmiyyətli mövqe tutur. Son zamanlar tikinti materialları sahəsində istər yerli, istərsə də xarici markaların fəaliyyəti artmaqdadır. Hər bir sahədə olduğu kimi, bu sahədə də rəqabət olmasa inkişaf olmaz. Odur ki, marka olaraq rəqabətə gündəlik deyil, gələcəyə hesablanmış prinsiplərlə yanaşırıq. Fəaliyyətə başladığımız gündən bu yana hər zaman çalışmışıq ki, tələb olunan məhsulları bazara gətirək və yerli məhsulun önəmini irəli çəkək, ona olan inam və etibarı Mr.Fix olaraq artıraq.

 

- Hazırda sizin məhsullara, ümumiyyətlə, sektorun məhsullarına tələbat hansı səviyyədədir?

- Son bir neçə ildir ki,  tikinti sahəsində bir az yavaşlama olsa da, hazırda tələb artımı müşahidə olunur. Bu ildən başlayaraq tələbatın daha da artacağını proqnozlaşdırırıq. İnsanların yeni mənzillərə ehtiyacları var, eyni zamanda istismar müddətini bitirmiş bir çox binalar var ki, bu binaların yenilənməsi zəruridir. Dövlət bu istiqamətdə işlərin görülməsi haqqında qərar qəbul edib və pilot layihələr reallaşır. Bu cür amillər bazarda tikinti materiallarına olan tələbatı artıracaq.

 

- Hökumətin hazırki siyasəti  daxili bazarın tələbatını yerli istehsalla ödəməkdir. Sizcə bunun üçün hansı addımlar atılmalıdır?

- Öncəliklə idxaldan asılı olan tələbatların qarşılanması üçün nələrin yerli imkanlarla istehsal oluna biləcəyi müəyyən edilməlidir. Daha sonra bu sahənin sahibkarlarına dövlət tərəfindən xüsusi təşviqlər oluna bilər. Məsələn, xammal idxal rüsumları yüngüləşdirilə bilər. Bundan başqa, daxili bazarın tələbatını yerli istehsalla ödəmək üçün investisiyalar üçün hüquqi zəminin yaxşılaşdırılması, hal-hazırda tətbiq olunan  islahatların davam etdirilməsi də olduqca vacibdir.

 

- Bəzi sahələrdə çalışan iş adamlarının əsas problemlərindən biri bazarda keyfiyyətsiz, standartlara uyğun olmayan və orijinal olmayan məhsulların olmasıdır. Sizin şirkət belə hallarla rastlaşır və onun təsirlərini hiss edirmi?

 

- Azərbaycanda hüquqi qüvvədə olan norma və standartlar vardır ki, hər bir istehsalçı şirkət bunlara uyğun məhsullarla bazarda yer almalıdır. Şirkətimiz ISO 9001 keyfiyyəti idarəetmə sistemi ilə idarə olunur, məhsullarımızda  AZS  standartları tətbiq olunur və eyni zamanda biz Avropa standartlarının tələblərini də göz önündə tuturuq. Əlbəttə ki, bazarda standartlara cavab verməyən bir çox məhsul var. Bu da haqsız rəqabətə səbəb olur. Keyfiyyət sadəcə şirkətlərin üzərində olan məsuliyyət deyil, eyni zamanda onu təsdiqləyən və yoxlayan qurumların da məsuliyyətidir. Ölkəmizdə istehsal və istehlak olunan məhsullar çox zəngin çeşiddədir və getdikcə artır. Ona görə bu standartları tətbiq edən, yoxlayan idarələrin də dünyada tətbiq olunan norma və standartlara daha operativ şəkildə uyğunlaşması lazımdır ki, həm qəbul olunmuş standartlar daha rahat tətbiq edilsin, həm də bazarda bu normalara uyğun olmayan mallar yoxlanıla bilsin.

 

- Digər mühüm istiqamətlərdən biri xarici ixraca nail olmaqdır. Bununla bağlı hansı fəaliyyət və planlarınız var?

 

- Əlbəttə ki, yerli bazarda tutduğumuz bugunkü mövqeyimiz bizə onu deməyə əsas verir ki, Mr.Fix markası xarici bazarda fəaliyyətini genişləndirməyə tam hazırdır. Hətta bənzər təcrübələrimiz zaman-zaman olmuşdur. Hal-hazırda bu yöndə fəaliyyət planlarımız davam edir. İxrac tələbatı olan məhsullarımız üçün potensial bazarlar üzərində işləyirik. 

 

- Hazırda ölkədə sahibkarlara yaradılan şəraitin, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı addımlar atılır. Şirkətiniz bu addımların nəticələrini hiss edirmi?

- Son illərdə Azərbaycanda cənab Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə uğurlu nəticələr əldə edilib. Sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılıb, bu da sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait yaradıb. Aparılan bu islahatların, əlbəttə ki, bütün sahibkarlar kimi, biz də müsbət nəticələrini hiss edirik. Gömrük sahəsində aparılmış və hal -hazırda da digər sahələrdə  davam edən islahatlar bütün sahibkarlar tərəfində müsbət qarşılanıb. Bu islahatlar haqsız rəqabətin qarşısını almaqla yanaşı, daha sağlam biznes mühitinin formalaşmasına da şərait yaratmış olur. Bu da işlərimizi daha da genişləndirmək üçün bizə zəmin yaradır və bizi daha da ruhlandırır.

“Məhsullarımızın ixracı üçün bazarları araşdırırıq” – MÜSAHİBƏ
“Məhsullarımızın ixracı üçün bazarları araşdırırıq” – MÜSAHİBƏ
“Məhsullarımızın ixracı üçün bazarları araşdırırıq” – MÜSAHİBƏ