Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Mr.Fix-in dəstəyi ilə beynəlxalq elmi konfrans baş tutdu

Mr.Fix-in dəstəyi ilə beynəlxalq elmi konfrans baş tutdu

Mr.Fix-in dəstəyi ilə beynəlxalq elmi konfrans baş tutdu

Dərc Edildi
29 oktyabr 2018

  Kartaş MMC-yə məxsus olan Mr.Fix tikinti kimyəvilərinin dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnşaat materiallarının istehsal sahələrinin aktual problemləri və həlli yolları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfrans AzMİU-nun professoru Bünyad Sərdarovun xatirəsinə həsr olunub.

Konfransı açıq elan edən AzMİU-nun elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov görkəmli alim B.Sərdarovun elmi fəaliyyətindən, universitet üçün gördüyü işlərdən danışıb. Daha sonra söz Kartaş MMC (Mr.Fix) şirkətinin direktoru Nəcməddin Taşbağa verilib. N.Taşbağ rəhbərlik etdiyi şirkətin 15 ildir inşaat materialları sahəsində fəaliyyət göstərdiyini və bu müddət ərzində şirkətin universitetlərlə əlaqələrə daim önəm verdiyini vurğuladı, elmi konfransda iştirak edən hər kəsə uğur dilədi.

Konfrans çərçivəsində keçirilən plenar görüşlərdə Kemerli firmasına məxsus və Azərbaycanda Mr.Fix-in distribüteri olduğu Kemerix markası da təmsil olunub. Polad lif istehsalı ilə məşğul olan firmanın texniki məsləhətçisi, eyni zamanda Kayseri Erciyes Universitetinin Mühəndislik fakültəsinin dekanı Prof.Dr.Fatih Altun beton və dəmir-betonlarda Kemerix polad liflərindən istifadənin təsirləri haqqında geniş təqdimatla çıxış edib, elmi konfrans iştirakçılarının mövzu ətrafında suallarını cavablandırıb. 

Konfransda dünyanın müxtəlif ölkələrinin universitetlərindən (Türkiyə, Rusiya, Qazaxıstan), o cümlədən, ölkəmizdə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrindən, elmi mərkəzlərdən, müxtəlif təşkilatlardan nümayəndələr, görkəmli alimlər iştirak ediblər.