“Mr.Fix” su izolyasiya sistemləri üzrə yeni məhsullar təqdim edib
“Mr.Fix” su izolyasiya sistemləri üzrə yeni məhsullar təqdim edib
9 avqust 2018
Puraseal 150 - beton və temperatur dərzlərinin dolğusu üçün və müxtəlif təyinatlı yapışdırma işləri üçün istifadə edilən, yüksək performanslı, tam elastik, poliüretan əsaslı materialdır. İstifadəyə hazır, su keçirməz, korroziyaya davamlı olan Puraseal məhsulu asan tətbiq olunur.
Mr.Fix haqqında: Kartaş LTD MMC-yə məxsus olan Mr.Fix tikinti kimyəvilərinin istehsalına 2003-cü ildə başlanıb. Müəssisənin istehsal fəaliyyəti ISO 9001:2008 Keyfiyyətin İdarəedilməsi beynəlxalq standartına əsasən tənzimlənir.
Yüksək keyfiyyətli hazır məhsul əldə etmək üçün, xammallar dünyanın ən qabaqcıl təchizatçılarından alınır və keyfiyyət təhlillərindən keçirildikdən sonra istehsala buraxılıq. Keyfiyyətdəki davamlılıq və stabillik sağlam və ekoloji məhsul istehsalına zəmanət verməkdədir.