Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Rəcəb Tayyib Ərdoğan yeni nazirlərin adlarını açıqladı

  Rəcəb Tayyib Ərdoğan yeni nazirlərin adlarını açıqladı

Rəcəb Tayyib Ərdoğan yeni nazirlərin adlarını açıqladı

Dərc Edildi
10 iyul 2018

 

 

Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) yeni sistemin (prezident üsul-idarəsinin) ilk prezidenti kimi and içdikdən bir az sonra nazir və vitse-prezident  təyinatlarını gerçəkləşdirib.

 Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk vitse-prezidentini təyin edib.

O, bu vəzifəyə (cümhurbaşqanı yardımçısı vəzifəsinə) Fuat Oktayı təyin edib.

Nazir vəzifələrinə təyinat alanlar isə bunlardır:

Ədliyyə naziri vəzifəsini yenidən Abdulhamit Gül icra edəcək.

Daxili işlər naziri vəzifəsi də yenidən Süleyman Soyluya etibar edilib.

Milli müdafiə naziri vəzifəsində Nurettin Caniklini  Hulusi Akar - Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi-genelkurmay başqanı əvəzləyəcək.

Milli təhsil naziri: Ziya Selçuk (MAYA təhsil müəssisələrinin qurucusu)

Səhiyyə naziri: Fahrettin Koca

Enerji və təbii ehtiyatlar: Fatih Dönmez ( buna qədər həmin vəzifəni Ərdoğanın kürəkəni Berat Albayraq icra edirdi)

Ekologiya və ətraf mühit naziri : Murat Kurum

Mədəniyyət  və turizm naziri: Mehmet Ersoy

Gənclər və idman naziri: Mehmet Kasapoğlu

Xəzinə və maliyyə naziri vəzifəsinə isə Berat Albayrak təyinat alıb.

Rabitə və altyapı naziri: Mehmet Cahit Turan

Mevlüt Çavuşoğlu da öz yerini,vəzifəsini qoruyub, yenidən xarici işlər naziri təyin olunub.

Əmək, sosial xidmətlər və ailə naziri: Zehra Zümrüt Selçuk 

Kənd təsərrüfatı və meşəçilik naziri: Bekir Pakdemirli

Sənaye və texnologiya naziri: Mustafa Varank

Ticarət naziri: Ruhsar Pekcan

Qeyd edək ki, ölkədə yeni sistemə keçildiyi üçün Nazirlər Kabineti (baş nazirlik) ləğv olunub və bundan sonra bütün nazirlər birbaşa prezidentə tabe olacaqlar.

Eyni zamanda, nazir vəzifəsinə təyinat aldıqları üçün bir neçə millət vəkili, konkret olaraq, Berat Albayraq, Mevlüt Çavuşoğlu, Süleyman Soylu və digərləri deputat mandatlarını itirməli olacaqlar.

Çünki Türkiyə qanunvericiliyinə görə, nazir millət vəkili ola bilməz