Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Sadələşdirilmiş vergi 2% olacaq, amma… - YENİ TƏLƏB

  Sadələşdirilmiş vergi 2% olacaq, amma… - YENİ TƏLƏB

Sadələşdirilmiş vergi 2% olacaq, amma… - YENİ TƏLƏB

Dərc Edildi
24 oktyabr 2018

 

 

Azərbaycanın vergi sistemində gələn ildən baş verəcək mühum yeniliklərdən biri sədələşdirilmiş vergi ilə bağlı olacaq. FED.az xəbər verir ki, hökumətin 2019-cu ilin dövlət büdcəsi və büdcə-vergi siyasətinin əsas istiqamətlərinə görə, sadələşdirilmiş verginin dərəcəsinin azaldılması gözlənilir. Eyni zamanda bu vergi ödəyicisi olmaq üçün tələblər də sərtləşəcək. 

Belə ki, ölkə üzrə vahid sadələşdirilmiş vergi dərəcəsi tətbiq ediləcək və bu 2% olacaq. Xatırladaq ki, indiyədək sadələşdirilmiş vergi iki dərəcə ilə tətbiq edilirdi – Bakıda 4%, bölgələrdə 2%. İndi isə bu rəqəm bütün ölkə ərazisində 2% olacaq.
 Əvəzində sadələşdirilmiş vergi ödəyicisi olmaq çətinləşəcək. Plana görə, əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin tədricən genişləndirilməsi nəzərdə tutulur. Bunlar topdansatış ticarət, lisenziya tələb olunan fəaliyyətləri, işçi sayı 3 nəfərdən çox olan istehsal fəaliyyəti və s.-dir. Yəni bu fəaliyyətlərlə məşğul olanlar ƏDV ödəyicisi olacaqlar.

Eləcə də bu sahədə mövcud olan vergi güzəştlərinin azaldılması üçün tədbirlər görüləcək.