Sentyabrın 16-da Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 100 illik yubiley yığıncağı keçirilib
Sentyabrın 16-da Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 100 illik yubiley yığıncağı keçirilib
17 sentyabr 2018
Sentyabrın 16-da Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 100 illik yubiley yığıncağı keçirilib.
Türkiyənin Azərbaycandakı səfirliyinin, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) və Bakı Söhbət Toplantılarının təşkil etdiyi, toplantıda tanınmış Türkiyə tarixçisi, professor İlber Ortaylı da iştirak edib.
Yüzlərdə nümayəndənin qatıldığı yığıncaqda Türkiyənin Azəraycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Respublikası Mətbuat Nəşr və İnformasiya Ümumi Müdiri Mehmet Akarca, TÜİB sədri Hüseyin Büyükfırat və bir çox ictimai xadimlər iştirak edib.
Tədbirdə Professor İlber Ortaylı 100 il bundan əvvəl regionda, o cümlədən Türkiyə və Azərbaycandakı durum, burada baş verən müharibələr, siyasi və hərbir proseslər barədə məlumat verib.
Görkəmli tarixçi bildirib ki, Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının Osmanlının 1-ci Dünya Müharibəsinə qazandığı 3 böyük zəfərdən biridir.
Çanaqqala Döyüşünün Türkün qəhrəmanlığına nümunə olduğunu vurğulayan Ortaylı, Türk əsgərinin SSRİ dövlətlərinin donanmasına keçid vermədiyini vurğulayıb.
Müttəfiqləri məğlub olduğu üçün Osmanlının da məğlub sayıldığını ifadə edən Ortaylı bildirib ki, buna baxmayaraq qardaş Türkiyə Azərbaycandan yardımını əsirgəməyib.
Rus ordusuna əsir düşən Türk əsirlərin Bakı yaxınlığındakı Nargin adasında tutulduğunu xatırladan Ortaylı, bu əsirlərdən bir çoxunun Azərbaycanlı zəngin iş adamı Zeynəlabdin Tagıyev sayəsində xilas olunduğunu yada salıb.
Toplantıda qonaqların suallarını cavablandıran İlber Ortaylı, kitabları imzalayıb, xatirə şəkili çəkdirdi.


















