Ticarət, nəqliyyat və logistika komissiyasının iclası keçirilib
Ticarət, nəqliyyat və logistika komissiyasının iclası keçirilib
4 aprel 2018
Martın 29-da Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) tərkibində fəaliyyət göstərən Ticarət, nəqliyyat və logistika komissiyasının iclası keçirilib.
TÜİB-in bu sektorlarda fəaliyət göstənən üzvlərinin iştirak etdiyi iclasda Azərbaycanın nəqliyyat və logistika sektorandakı vəziyyət, ölkə daxili və tranzit yük daşımaları, bu sahədəki durum, malların gömrük rəsmiləşdirilməsi və bu sahədəki yeniliklər müzakirə edilib. İclasda Azərbaycanın qoşulduğu nəqliyyat dəhlizləri, yeni işə düşəcək nəqliyyat marşrutlarının yaratdığı imkanlar və yük daşımalarına təsiri diqqət mərkəzində olub.
Bundan başqa, toplantıda ticarət sektorundakı vəziyyət, bu sektorun inkişafı üçün yaranan imkanlar və mövcud problemlər müzakirə obyekti olub. İclas iştirakçıları ayrı-ayrı vəziyyətlərlə bağlı təkliflərini səsləndiriblər.
Komissiyanın fəaliyyətinin nəticəsi olaraq ticarət, nəqliyyat və logistika sahəsindəki vəziyyət bu sahədəki yeniliklər, problemlər və onların həlli yollarını əhatə edən raport hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim ediləcək.
Xatırladaq ki, TÜİB-in tərkibində bank və sığortaçılıq, səhiyyə və tibb, inşaat, sənaye, turizm və xidmətlər, kənd təsərrüfatı və heyvandarlıq üzrə komissiyalar fəaliyyət göstərir.
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) Azərbaycanda fəaliyyət göstərən türk şirkətləri, iş adamları və idarəçilərini birləşdirir. Təşkilatın əsas məqsədi, Azərbaycandakı türk biznesinin fəaliyyətinin koordinasiya edilməsi, sahibkarlığa və islahatlara dəstək verilməsidir.









