Trabzon Ticarət və Sənaye Odasının nümayəndə heyəti TÜİB-də olub.
Trabzon Ticarət və Sənaye Odasının nümayəndə heyəti TÜİB-də olub.
15 aprel 2026
Trabzon Ticarət və Sənaye Odasının nümayəndə heyəti TÜİB-də olub.
Trabzon Ticarət və Sənaye Odası nümayəndə heyəti TÜİB-in ofisini ziyarət edib. Qonaqları TÜİB-in sədri Hüseyin Büyükfırat qəbul edib.
Görüş zamanı qonaqlara Azərbaycanın biznes mühiti, investisiya imkanları və TÜİB-in fəaliyyəti barədə ətraflı məlumat verilib. Nümayəndə heyətinin maraq doğuran sualları cavablandırılıb, iki qardaş ölkə arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Səmimi və konstruktiv şəraitdə keçən görüş çərçivəsində tərəflər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və gələcək birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, görüşdə müxtəlif sahələri təmsil edən iş adamları və şirkət nümayəndələri də iştirak ediblər.





