TÜİB-dən TRT Azərbaycan nümayəndələrinə xatirə plaketi təqdim olunub
TÜİB-dən TRT Azərbaycan nümayəndələrinə xatirə plaketi təqdim olunub
17 iyul 2026
Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat və TÜİB Katibliyi, TRT Azərbaycan Nümayəndəliyinin rəhbəri Murat Akkoç və TRT Azərbaycan müxbiri Fatih Avanosun Azərbaycandakı fəaliyyət müddətlərinin başa çatması münasibətilə nəzakət ziyarəti həyata keçirib.
Görüş zamanı Murat Akkoç və Fatih Avanosa Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin, media sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişafına verdikləri dəyərli töhfələrə görə TÜİB adından təşəkkür ifadə olunub, xatirə olaraq təşəkkür plaketləri təqdim edilib.
Qeyd edək ki, Murat Akkoç və Fatih Avanos fəaliyyətləri dövründə Azərbaycan–Türkiyə münasibətlərini, iqtisadi, sosial və ictimai prosesləri, eləcə də ölkəmizdə baş verən mühüm hadisələri TRT vasitəsilə geniş auditoriyaya çatdırıblar. Onların hazırladıqları reportajlar arasında Vətən müharibəsindən sonrakı dövrdə cəbhə bölgəsindən hazırlanmış xüsusi süjetlər də yer alıb və bu materiallar beynəlxalq ictimaiyyətə obyektiv məlumatın çatdırılmasına mühüm töhfə verib.
TÜİB olaraq, Azərbaycanda fəaliyyət göstərdikləri müddətdə nümayiş etdirdikləri peşəkarlığa, səmərəli əməkdaşlığa və media sahəsində iki qardaş ölkə arasında körpü rolunu oynayan xidmətlərinə görə öz minnətdarlığımızı bildirir, hər iki media nümayəndəsinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
.jpeg)
.jpeg)
