TÜİB İdarə Heyətinin üzvü Prezident İlham Əliyevin ABŞ Ticarət Palatası ilə görüşündə iştirak edib.
TÜİB İdarə Heyətinin üzvü Prezident İlham Əliyevin ABŞ Ticarət Palatası ilə görüşündə iştirak edib.
10 fevral 2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan ilə ABŞ arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti, investisiya imkanları, eləcə də əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Görüşdə iki ölkə arasında biznes mühitinin inkişafı, özəl sektorun iqtisadi əlaqələrin möhkəmləndirilməsində rolu və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan iqtisadiyyatının xarici investorlar üçün yaratdığı imkanlar və əlverişli biznes mühiti xüsusi vurğulanıb.
Qeyd edək ki, görüşdə Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB**) İdarə Heyətinin üzvü, "Coca-Cola" Azərbaycan şirkətinin Baş İcraçı Direktoru Rəna Məmmədova da iştirak edib.
Bu cür yüksək səviyyəli görüşlər beynəlxalq biznes əlaqələrinin inkişafına, özəl sektor nümayəndələrinin iqtisadi dialoqlarda fəal iştirakına və ölkələrarası əməkdaşlığın daha da dərinləşdirilməsinə mühüm töhfə verir.