TÜİB-in İdarə Heyəti ilə birliyin üzvü Fatih Kargi arasında görüş baş tutub
TÜİB-in İdarə Heyəti ilə birliyin üzvü Fatih Kargi arasında görüş baş tutub
Dərc Edildi
28 noyabr 2018
TÜİB ofisində birliyin üzvü "Gen İlaç ve Sağlıq ürünleri Azerbaycan"ın rəhbəri Fatih Kargi ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin İdarə Heyəti arasında görüş keçirilib. Görüş zamanı Fatih Kargi TÜİB-ə yenidən sədr seçilmiş Hüseyin Büyükfıratı bu münasibətlə təbrik edib, ona yeni fəaliyyətində uğurlar arzu edib.
TÜİB rəhbəri Hüseyin Büyükfırat Azərbaycandakı fəaliyyətlərindən söhbət açıb. Fatih Kargi öz növbəsində TÜİB rəhbərliyinə səmimi qarşılanma və verilən ətraflı bilgilər üçün öz təşəkkürünü bildirib.
Səmimi keçən görüşün sonunda TÜİB üzvü olan Fatih Kargiyə plaket təqdim olunub və xatirə şəkilləri çəkilib.