Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

TÜİB-in Logistika və Gömrük Komissiyası “Heritus Logistika” şirkətini ziyarət edib.

TÜİB-in Logistika və Gömrük Komissiyası “Heritus Logistika” şirkətini ziyarət edib.

TÜİB-in Logistika və Gömrük Komissiyası “Heritus Logistika” şirkətini ziyarət edib.

Dərc Edildi
25 noyabr 2025

25 noyabr 2025-ci il tarixində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) Logistika və Gömrük Komissiyasının üzvləri TÜİB üzvü olan Heritus Logistika şirkətinə işgüzar ziyarət həyata keçirib.

Ziyarət çərçivəsində komissiya üzvləri müəssisənin fəaliyyət sahələri, xidmət portfeli, mövcud logistika infrastrukturu, anbar və yükdaşıma imkanları haqqında ətraflı məlumat əldə ediblər. Şirkətin təqdimatında həmçinin gömrük rəsmiləşdirilməsi, nəqliyyat marşrutları və regional daşımalar üzrə mövcud potensial vurğulanıb.

Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq imkanları, birgə layihələrin təşkili, logistika proseslərinin optimallaşdırılması və xidmətlərin genişləndirilməsi kimi məsələlər müzakirə olunub. Komissiya tərəfindən yeni dövr üçün planlaşdırılan fəaliyyət istiqamətləri, sektor üzrə aktual çağırışlar və üzv şirkətlərlə əməkdaşlığın gücləndirilməsi mexanizmləri barədə fikir mübadiləsi aparılıb.

TÜİB Logistika və Gömrük Komissiyasının bu cür ziyarətləri, birlik üzvləri arasında əməkdaşlığın genişləndirilməsi, logistika sektorunda səmərəliliyin artırılması və biznes mühitində əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.