TÜİB-in Sənaye və Ticarət Komissiyası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində görüş keçirib.
Ana Səhifə
TÜİB-in Sənaye və Ticarət Komissiyası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində görüş keçirib.
TÜİB-in Sənaye və Ticarət Komissiyası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində görüş keçirib.
Dərc Edildi
13 noyabr 2025
TÜİB-in Sənaye və Ticarət Komissiyası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində görüş keçirib.
TÜİB-in Sənaye və Ticarət Komissiyası Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində toplantı keçirib. Görüşdə TÜİB İdarə Heyətinin sədr müavini Necmeddin Taşbağ və Komissiya üzvləri iştirak ediblər.
Görüş zamanı ölkədə keyfiyyət infrastrukturunun inkişafı, texniki tənzimləmə sisteminin qurulmasının istehlak bazarına təsiri və dövlət–özəl sektor dialoqunun gücləndirilməsi istiqamətləri müzakirə olunub.
Agentlik sədrinin müşaviri İlqar Həsənov qurumun keyfiyyət infrastrukturu sahəsindəki fəaliyyət istiqamətləri, görülmüş işlər, əldə edilən nəticələr və qarşıya qoyulan hədəflər barədə geniş məlumat təqdim edib. O cümlədən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində qəbul olunmuş normativ hüquqi aktlar, layihələr, hesabatlar və həyata keçirilmiş tədbirlərin iqtisadi təsirləri diqqətə çatdırılıb.
Müzakirələr zamanı ölkədə milli texniki reqlamentlərin qəbulu və tətbiqinin istehlak bazarına və sahibkarlıq fəaliyyətinə təsiri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, aidiyyəti dövlət qurumları tərəfindən hazırlanmış texniki reqlament layihələri ictimai müzakirə üçün Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Görüş çərçivəsində iştirakçılar Agentliyin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) yaradılan yeni laboratoriyalar və göstərilən xidmətlər barədə məlumatlandırılıb. Eyni zamanda, milli akkreditasiya sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər, o cümlədən Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) APAC və ILAC təşkilatlarına tamhüquqlu üzvlüyü qeyd olunub.
Sonda keyfiyyət infrastrukturu sahəsinin inkişafı ilə bağlı təkliflər dinlənilib və tərəflər arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi, həmçinin əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə edilib.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)