Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

TÜİB "Körpü" layihəsi çərçivəsində Türkiyə Ticarət Naziri Ömər Bolat ilə görüşüb.

TÜİB "Körpü" layihəsi çərçivəsində Türkiyə Ticarət Naziri Ömər Bolat ilə görüşüb.

TÜİB "Körpü" layihəsi çərçivəsində Türkiyə Ticarət Naziri Ömər Bolat ilə görüşüb.

Dərc Edildi
19 sentyabr 2025

TÜİB "Körpü" layihəsi çərçivəsində Türkiyə Ticarət Naziri Ömər Bolat ilə görüşüb.

TÜİB-in 6-cı dönəmdə qarşıya qoyulan məqsədləri uğurla həyata keçirilməkdə davam edir. Bu istiqamətdə TÜİB İdarə Heyəti Azərbaycan–Türkiyə iqtisadi və mədəni əlaqələrinin inkişafı və möhkəmlənməsi üçün “Körpü” layihəsi çərçivəsində Türkiyədə işgüzar səfərdə olub.

Səfərin ilk günündə TÜİB İdarə Heyəti Türkiyənin Ticarət Naziri cənab Ömər Bolat ilə görüşüb və geniş formatlı toplantı keçirilib. TÜİB sədri Hüseyin Büyükfırat cənab nazirə qəbul üçün təşəkkür edib, qurumun fəaliyyəti, qarşıya qoyulan məqsədlər barədə ətraflı məlumat verib. Görüş zamanı uğurla keçirilən "I Azərbaycan–Türkiyə İnvestisiya Forumu"nun nəticələri müzakirə olunub, Ömər Bolat Forumun əhəmiyyətini yüksək qiymətləndirib və bu ilin dekabr ayında ikinci Forumun təşkil ediləcəyinə dair məlumat verilib. Forumun formatının necə inkişaf etdirilə bilməsi barədə də geniş fikir mübadiləsi aparılıb.

Həmçinin görüş zamanı TÜİB-in logistika və gömrük komissiyasının aktiv fəaliyyəti barədə məlumat verilib, müzakirəyə ehtiyac olan məsələlərə toxunulub. Nazir Ömər Bolat bu məsələləri xüsusi diqqətlə dinləyib. O, TÜİB-in fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycan–Türkiyə iqtisadi və mədəni əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib.

Görüşün sonunda Qarabağın ilk inkişaf layihəsi olan “Cocuq Mərcanlı İnkişaf Layihəsi” – Suvenir İstehsalat Mərkəzi barədə məlumat təqdim olunub və mərkəzdə hazırlanan əl işi cənab Ömər Bolata hədiyyə edilib.

TÜİB "Körpü" layihəsi çərçivəsində Türkiyə Ticarət Naziri Ömər Bolat ilə görüşüb.
TÜİB "Körpü" layihəsi çərçivəsində Türkiyə Ticarət Naziri Ömər Bolat ilə görüşüb.
TÜİB "Körpü" layihəsi çərçivəsində Türkiyə Ticarət Naziri Ömər Bolat ilə görüşüb.
TÜİB "Körpü" layihəsi çərçivəsində Türkiyə Ticarət Naziri Ömər Bolat ilə görüşüb.
Etiketlər: Biznes