Türkiyədə işgüzar səfərdə olan TÜİB İdarə Heyəti Kənd Təsərrüfatı Naziri cənab İbrahim Yumaklı ilə görüşüb.
Türkiyədə işgüzar səfərdə olan TÜİB İdarə Heyəti Kənd Təsərrüfatı Naziri cənab İbrahim Yumaklı ilə görüşüb.
19 sentyabr 2025
Türkiyədə işgüzar səfərdə olan TÜİB İdarə Heyəti Kənd Təsərrüfatı Naziri cənab İbrahim Yumaklı ilə görüşüb.
Görüşdə TÜİB-in fəaliyyəti, həyata keçirilən layihələr və gələcək planlar barədə ətraflı məlumat verildi. Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığında kənd təsərrüfatı sektorunun rolu, bu sahədə birgə təşəbbüslərin genişləndirilməsi imkanları müzakirə olundu.
Həmçinin cənab nazirə bu ilin dekabr ayında keçiriləcək II Azərbaycan–Türkiyə İnvestisiya Forumu barədə məlumat təqdim edildi və mövzu ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Forum çərçivəsində kənd təsərrüfatı sahəsinə həsr olunmuş mühüm panellərdən biri təşkil olunacaq və bu sahədə əməkdaşlığın yeni imkanları ətrafında geniş fikir müzakirəsi aparılacaq.
Görüş konstruktiv müzakirələrlə yadda qaldı və tərəflər qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladılar.
Görüşün sonunda Qarabağın ilk inkişaf layihəsi olan “Cocuq Mərcanlı İnkişaf Layihəsi” – Suvenir İstehsalat Mərkəzi barədə məlumat təqdim olunub və mərkəzdə hazırlanan əl işi cənab İbrahim Yumaklıya hədiyyə edilib.

