TÜİB nümayəndə heyətinin YDA Group İdarə Heyətinin sədri Hüseyin Arslan ilə görüşü
TÜİB nümayəndə heyətinin YDA Group İdarə Heyətinin sədri Hüseyin Arslan ilə görüşü
19 sentyabr 2025
Səfər çərçivəsində TÜİB nümayəndə heyəti YDA Group İdarə Heyətinin sədri cənab Hüseyin Arslan ilə görüş keçirmişdir. Görüş zamanı iki ölkənin özəl sektorları arasında əməkdaşlıq imkanları, sərmayə perspektivləri, eləcə də biznes mühitinin inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.
Tərəflər, Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin dinamik şəkildə inkişaf etdiyini, bu prosesdə özəl sektor əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Görüşdə həmçinin, birgə layihələrin həyata keçirilməsi, yeni investisiya imkanlarının dəyərləndirilməsi və işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Cənab Hüseyin Arslan, YDA Group-un fəaliyyəti və gələcək planları haqqında məlumat verərək, ölkədə biznes mühitinin əlverişli olmasından məmnunluğunu ifadə edib. TÜİB nümayəndə heyəti isə qarşılıqlı əməkdaşlığın hər iki ölkənin iqtisadi inkişafına və iş dünyasının birləşməsinə töhfə verəcəyinə əmin olduqlarını vurğulayıb.
.jpeg)