Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

TÜİB sədri Hüseyin Büyükfırat TİKA sədri Abdullah Eren ilə görüşdü

TÜİB sədri Hüseyin Büyükfırat TİKA sədri Abdullah Eren ilə görüşdü

TÜİB sədri Hüseyin Büyükfırat TİKA sədri Abdullah Eren ilə görüşdü

Dərc Edildi
21 sentyabr 2025

TÜİB sədri Hüseyin Büyükfırat TİKA sədri Abdullah Eren ilə görüşdü

Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat TİKA sədri Abdullah Eren ilə görüş keçirib.

Görüş zamanı qardaş Türkiyə və Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Xüsusilə, iki ölkə arasında mövcud əməkdaşlığın yeni müstəvilərə daşınmasına, sosial, iqtisadi və mədəni layihələrin reallaşdırılmasına dair geniş müzakirələr olub.

Tərəflər hər iki qurumun fəaliyyəti haqqında qarşılıqlı məlumat təqdim edib. TÜİB sədri Hüseyin Büyükfırat Birliyin Azərbaycan–Türkiyə iş dünyası arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində həyata keçirdiyi layihələrdən danışıb, biznes dairələri arasında körpü rolunu daha da gücləndirməyin əhəmiyyətini vurğulayıb.

TİKA sədri Abdullah Eren isə qurumun Azərbaycanda həyata keçirdiyi uğurlu layihələr barədə məlumat verib və gələcəkdə ortaq layihələrin reallaşdırılması imkanlarını müzakirə edib.

Görüşdə TÜİB və TİKA-nın gələcəkdə ortaq şəkildə həyata keçirə biləcəyi layihələr barədə ətraflı müzakirələr aparılıb. Bu əməkdaşlığın Türk dünyasının həmrəyliyini möhkəmləndirəcəyi, xüsusilə də Azərbaycan–Türkiyə qardaşlığının daha da güclənməsinə xidmət edəcəyi vurğulanıb.

TÜİB sədri Hüseyin Büyükfırat TİKA sədri Abdullah Eren ilə görüşdü