Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

TÜİB üzvü Dünyagöz Bakı xəstəxanasının nailiyyətləri Türkiyə mediasında işıqlandırılıb

TÜİB üzvü Dünyagöz Bakı xəstəxanasının nailiyyətləri Türkiyə mediasında işıqlandırılıb

TÜİB üzvü Dünyagöz Bakı xəstəxanasının nailiyyətləri Türkiyə mediasında işıqlandırılıb

Dərc Edildi
16 mart 2018

 900 qram çəki ilə doğulan Cansunun gözləri artıq görür.

Çətinliyi və təhlükəli olmasına görə olduqca böyük təcrübə və diqqətli komanda işi tələb edən, Dünyagöz Bakı xəstəxanasının Baş həkimi Professor Dilavər Erşanlı tərəfindən Azərbaycanda icra olunan körpə Cansunun əməliyyatı xəbəri Türkiyənin məşhur Sabah qazetində yer alıb.

900 qram çəki ilə doğulmuş, beyin qanaması keçirmiş, uzun müddət küvezdə qalan körpənin ailəsinə müalicə üçün Türkiyəyə müraciət edilməsi tövsiyə edilir. Azərbaycanda Dünyagöz Bakı xəstəxanasının açılması və bu əməliyyatı icra edə biləcək komanda və müasir cihazların olması pasiyentin Bakıda müayinə və müalicə olmasına ümid verir. Dünyagöz Bakı xəstəxanasında icra olunmuş ROP (yarımçıqdoğulmuşların retinopatiyası) müayinəsi və təcili əməliyyata alınması pasiyentin görmə qabiliyyətinin bərpası ilə nəticələnmişdir. 

Bir gözü anadangəlmə görməyən digər gözü, sadəcə, 1% görən anadangəlmə mikroftalmiya diaqnozlu 33 yaşlı Günel Qarayeva son ümidi Dünyagöz Bakı xəstəxanasına müraciət edir. Anadangəlmə mikroftalmiya diaqnozlu Günel Qarayevanın görmə funksiyasının bərpası ilə nəticələnən əməliyyatı Dünyagöz Bakı xəstəxanasının Professoru Dilavər Erşanlı icra edir. Günelin, sadəcə, 1% görən bir gözünün görmə dərəcəsinin 10%-ə çıxması bugün Günelin sərbəst hərəkəti, telefondan istifadəsi Dünyagöz xəstəxanasının nailiyyətlərindəndir.

"Tanımadığım insanlar yaxşılıq mələklərim oldu", - Günel Qarayeva.