Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Türkiyə ilə birgə “Cocuq Mərcanlı” brendi ilə məhsullar satışa çıxarılacaq

Türkiyə ilə birgə “Cocuq Mərcanlı” brendi ilə məhsullar satışa çıxarılacaq

Türkiyə ilə birgə “Cocuq Mərcanlı” brendi ilə məhsullar satışa çıxarılacaq

Dərc Edildi
27 iyul 2018

 İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində istixana və arıçılıq təsərrüfatları yaradılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 27-də bu təsərrüfatlar Cocuq Mərcanlı sakinlərinin istifadəsinə verilib.

Bununla əlaqədar Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" publik hüquqi şəxsin, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin, sahibkarların və Cocuq Mərcanlı sakinlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və 2016-cı ilin aprel ayında həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı ilə strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayışın bərpa olunması və sakinlərin öz ata-baba yurdlarına dönməsi üçün əlverişli şəraitin yaradıldığını vurğulayaraq, Böyük Qayıdışa Cocuq Mərcanlıdan başlayan Azərbaycanın işğaldan azad olunacaq bütün torpaqlarımızda tikinti-quruculuq işləri aparmağa qadir olduğunu qeyd edib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin sürətlə aparılması 24 illik fasilədən sonra həyatın əvvəlki axarına qayıtması bunun əyani göstəricisidir. Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib, dövlət başçısının yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilən birgə layihələrin Azərbaycan-Türkiyə dostluğunun daha bir nümunəsi olduğunu qeyd edib. Azərbaycanda regionların, xüsusilə sərhəd rayonlarının inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayan iqtisadiyyat naziri birgə layihənin Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və sakinlərin məşğulluğunun təmin olunmasında əhəmiyyətini qeyd edib. Bildirilib ki, burada məhsullar "Cocuq Mərcanlı" brendi altında istehsal olunacaq. İqtisadiyyat naziri assosiasiya rəhbərlərini və sahibkarları Cocuq Mərcanlıda layihələrin icrasına dəvət edib.

Türkiyənin Azərbaycandakı səfirliyinin iqtisadiyyat müşaviri Can Memduh Erdem və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyinin Proqram Koordinatoru Adəm Urfa Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, birgə layihələrin reallaşdırıldığını diqqətə çatdırıb, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə kənd təsərrüfatının inkişafında önəmini vurğulayıblar.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 15 ədəd hər biri 160 kvadratmetr sahəyə malik polietilen örtüklü tunel tipli istixanalar qurulub. İstixanalar damcı suvarma sistemi ilə təchiz olunub, istifadəçilərə toxum, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlar verilib. Bunlarla yanaşı, layihə iştirakçılarına tərəvəzin becərilməsi ilə bağlı 3 ay müddətində təlim və məsləhət xidməti göstəriləcək.