Türkiyə iqtisadiyyatı ötən il 7%-dən çox böyüyüb
Türkiyə iqtisadiyyatı ötən il 7%-dən çox böyüyüb
Dərc Edildi
29 mart 2018
Türkiyə iqtisadiyyatı 2017-ci ildə 7,4% artım nümayiş etdirib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.
Məlumatda o da bildirilir ki, ötən ilin yekununda Türkiyədə adambaşına düşən gəlir 10 597 ABŞ dolları təşkil edib.
İl ərzində qonşu ölkədə kənd təsərrüfatı sektoru 4,7%, sənaye sektoru 9,2%, xidmət sektoru isə 12% böyüyüb.
2017-ci ildə türkiyə əhalisinin istehlak xərcləri 6,1% artıb.
© Report