Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin kənd təsərrüfatı məsələləri üzrə müşaviri cənab Hakan Kalender TÜİB-i ziyarət edib

Dərc Edildi
9 oktyabr 2025

Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin kənd təsərrüfatı məsələləri üzrə müşaviri cənab Hakan Kalender Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyini (TÜİB) ziyarət edib və Birliyin sədri Hüseyin Büyükfırat ilə görüşüb.

Görüş zamanı cənab Kalender Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatmaq üzrə olduğunu bildirib və iki ölkə arasında aqrar sahə, qida təhlükəsizliyi, su ehtiyatlarının idarə olunması və dayanıqlı inkişaf istiqamətlərində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, fəaliyyət dövrü ərzində bu sahələrdə əlaqələrin dərinləşməsi və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi üçün gördüyü işləri bölüşüb.

Müşavir həmçinin vurğulayıb ki, Türkiyə və digər ölkələrdən olan investorların Azərbaycanda mövcud olan əlverişli investisiya imkanları və dövlət tərəfindən sahibkarlara yaradılan şərait barədə daha geniş məlumatlandırılması bu sahədə əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat öz növbəsində Birliyin hər zaman Azərbaycan və Türkiyə arasında iqtisadi, ticarət və sosial-mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verməyə çalışdığını qeyd edib. O, həmçinin aqrar sahədə fəaliyyət göstərən üzv şirkətlərin qarşılaşdığı çağırışlar və gələcək hədəflər barədə danışıb.

Görüş çərçivəsində tərəflər iki qardaş ölkə arasında mövcud əməkdaşlığın dövlət başçılarının müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq daha da inkişaf etdirilməsi, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və birgə layihələrin perspektiv istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin kənd təsərrüfatı məsələləri üzrə müşaviri cənab Hakan Kalender TÜİB-i ziyarət edib