Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Türkiyədən Cocuq Mərcanlıya növbəti dəstək

Türkiyədən Cocuq Mərcanlıya növbəti dəstək

Türkiyədən Cocuq Mərcanlıya növbəti dəstək

Dərc Edildi
5 iyun 2018

Bir neçə Türkiyə şirkətinin dəstəyi ilə işğaldan azad edilmiş, cəbhə xətti yaxınlığındakı Cocuq Mərcanlı kəndinin sakinlərinin məşğulluğunu təmin etmək məqsədi ilə arıçılıq, heyvandarlıq, hədiyyəlik əşya (suvenir) və istixanalarla bağlı layihələr həyata keçirilir.

Rallaşdırılan layihələr barədə kənd sakinlərinin ətraflı məlumatlandırılması və görülən işlərin gedişi ilə tanışlıq məqsədilə iyunun 4-də Cocuq Mərcanlıda tədbir keçirilib.

Tədbirdə Azərbaycan İqtisadiyyat Nazirliyinin, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) və layihələrdən birinin maliyyə dəstəkçisi “ZiraatBank”ın nümayəndələri iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Cocuq Mərcanlı kəndində birgə layihələrin icrasının Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin daha bir nümunəsi olduğunu vurğulayıb, istixana və arıçılıq təsərrüfatı sahələrini əhatə edən birgə layihələrin Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətini qeyd edib.

 Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyə-Azərbaycan əlaqələrinin strateji səviyyədə olduğunu, əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, birgə layihələrin reallaşdırıldığını diqqətə çatdırıb, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə kənd təsərrüfatı və heyvandarlığın inkişafında önəmindən danışıb.

 Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxışında Cocuq Mərcanlıda həyata keçirilən layihələrin kəndin inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə böyük kömək olacağını deyib.

 TİKA-nın Bakı Proqram Kordinatoru Adəm Urfa istixana və arıçılıq sahələrini əhatə edən birgə layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində hər biri 160 m2 sahəyə malik polietilen örtüklü tunel tipli 15 istixana qurulacaq və 15 ailə üçün 150 arı təsərrüfatı yaradılacaq. Birgə layihələr çərçivəsində istixanalar damcı suvarma sistemi ilə təchiz olunacaq, bu layihələr üzrə seçilmiş sakinlərə tərəvəz yetişdirilməsi üçün şitillər, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlar veriləcək, təlim və məsləhət xidməti göstəriləcək.

 Bu ilin iyulunda tamamlanması nəzərdə tutulan istixanalarda pomidor, xiyar və göyərti yetişdiriləcək.

Eyni zamanda 15 arı təsərrüfatının hər biri 10 ədəd yeşiklə və 10 arı koloniyası ilə, arıçılıq avadanlıqları və materiallarla, müvafiq dərman vasitələri ilə təmin olunacaq. Bu iki layihə çərçivəsində ən azı 30 nəfərin məşğulluğunun, həmçinin minimum 30 ailənin sabit gəlirlə təmin olunması nəzərdə tutulur.

 ZiraatBank isə heyvandarlıqla bağlı layihəni həyata keçirəcək. Layihə çərçivəsində 3 min kvadrat metrlik bir təsərrüfat yaradılacaq. Birinci mərhələdə kənd əhalisinə 50 mal-qara veriləcək.

 TÜİB tərəfindən həyata keçirilən xatirə layihəsi çərçivəsində isə 400 kvadrat metrlik bir atelye qurulacaq. Türk təşkilatları layihələrin müvəffəqiyyətlə həyata keçirilməsi üçün təhsil dəstəyi də göstərəcək. 