Adıyaman Ticarət və Sənaye Odası (TSO) TÜİB-i ziyarət edib.
Adıyaman Ticarət və Sənaye Odası (TSO) TÜİB-i ziyarət edib.
20 oktyabr 2025
Adıyaman Ticarət və Sənaye Odasının (TSO) Azərbaycan işgüzar səfəri çərçivəsində nümayəndə heyəti “Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”ni (TÜİB) ziyarət edib.
Qonaqları TÜİB-in sədri Hüseyin Büyükfırat və Türkiyənin Azərbaycandakı Səfirliyinin Ticarət Başmüşaviri Nevzat Bozkurt qəbul ediblər. Görüş Adıyaman TSO İdarə Heyətinin sədri Mehmet Torunoğlunun rəhbərliyi ilə baş tutub.
Ziyarət zamanı Azərbaycan–Türkiyə iqtisadi münasibətləri, qarşılıqlı əməkdaşlıq imkanları, biznes mühitində yeni təşəbbüslər və potensial layihələr barədə ümumi məlumatlar təqdim olunub. Tərəflər, iki ölkə iş dünyası arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
.jpeg)


.jpeg)
