Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

TÜİB nümayəndə heyəti SOCAR ilə əməkdaşlıq imkanlarını müzakirə edib

TÜİB nümayəndə heyəti SOCAR ilə əməkdaşlıq imkanlarını müzakirə edib

TÜİB nümayəndə heyəti SOCAR ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Dərc Edildi
14 oktyabr 2025
TÜİB nümayəndə heyəti SOCAR ilə əməkdaşlıq imkanlarını müzakirə edib.
 
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyəti üzvləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Əməliyyat Dəstəyi, Sağlamlıq və Təhlükəsizlik seqmentinin rəhbərliyi ilə görüş keçirib.
 
Görüşdə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə sənaye, enerji və təhlükəsizlik sahələrində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Həmçinin əməliyyat dəstəyi və işçi təhlükəsizliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, istehsalatda risklərin idarə olunması və insan resurslarının inkişafı kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
 
Tərəflər, Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlığın sənaye və energetika sahəsində yeni əməkdaşlıq formatları ilə daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar. Görüş zamanı iki qurum arasında təcrübə və məlumat mübadiləsinin davam etdirilməsi, eləcə də gələcəkdə ortaq layihələrin icrası istiqamətində addımların atılması barədə razılıq əldə olunub.
 
Görüş səmimi və işgüzar atmosferdə keçib, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi üçün yeni perspektivlərin müzakirəsinə imkan yaradıb.