Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

TÜİB nümayəndə heyəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində görüş keçirib.

TÜİB nümayəndə heyəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində görüş keçirib.

TÜİB nümayəndə heyəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində görüş keçirib.

Dərc Edildi
21 oktyabr 2025
TÜİB nümayəndə heyəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində görüş keçirib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) nümayəndə heyəti ilə görüş keçirilib.
 
Toplantıda dövlət–özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlığın gücləndirilməsi, ölkədə keyfiyyət infrastrukturunun inkişafı və ədalətli rəqabət mühitinin formalaşdırılması istiqamətində birgə təşəbbüslər müzakirə olunub.
 
Agentliyin sədri Elnur Bağırov çıxışında qurumun fəaliyyət istiqamətləri – rəqabət, dövlət satınalmaları, keyfiyyət infrastrukturu, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində həyata keçirilən tənzimləmə mexanizmləri barədə məlumat verib. O, həmçinin Türkiyə Respublikasının Ticarət Nazirliyi, Türkiyə Rəqabət Qurumu və TÜBİTAK UME ilə mövcud əməkdaşlıq əlaqələrinə, həyata keçirilən birgə layihələrə və təcrübə mübadiləsinə toxunub.
 
TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat görüşdə çıxış edərək birliyin fəaliyyəti, həyata keçirdiyi layihələr və təşəbbüslər barədə məlumat verib. O, Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının dərinləşməsi baxımından II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun əhəmiyyətini qeyd edib.
 
Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Baş Ticarət Müşaviri Nevzat Bozkurt və Baş Müşavir Gülizar Yavaş da iştirak ediblər. Nevzat Bozkurt çıxışında Türkiyə dövlətinin bu sahədə əməkdaşlığa açıq olduğunu və xüsusilə rəqabət, keyfiyyət standartları və texniki reqlamentlərlə bağlı təcrübə mübadiləsinə dəstək verməyə hazır olduqlarını bildirib.
 
TÜİB İdarə Heyəti sədrinin müavini Necmeddin Taşbağ birliyin strukturu, fəaliyyət istiqamətləri və nəzdində yaradılmış komissiyalar haqqında məlumat verib.
Görüş zamanı Agentlik nümayəndələri bildiriblər ki, qurum əməkdaşlığa və fikir mübadiləsinə açıqdır, qarşılıqlı təcrübə paylaşımı və maarifləndirmə təşəbbüsləri dövlət–özəl tərəfdaşlığının güclənməsinə xidmət edir.
 
Habelə ölkədə keyfiyyət infrastrukturunun inkişafı, xüsusilə milli texniki reqlamentlərin qəbulu istiqamətində görülən işlərdən danışılıb. Qeyd olunub ki, istehlak bazarında təhlükəsiz və keyfiyyətli məhsulların təmin olunması məqsədilə milli texniki reqlament layihələri hazırlanıb və Agentliyin rəsmi internet səhifəsində ictimai dinləməyə çıxarılıb.
 
Eyni zamanda Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən TÜBİTAK UME-nin dəstəyi ilə qurulan laboratoriya şəbəkəsi barədə məlumat verilib. Laboratoriyaların müasir avadanlıqlarla təchiz olunması və ölçmə imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər vurğulanıb.
 
Daha sonra milli akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) Asiya–Sakit Okean Akkreditasiya Əməkdaşlığı (APAC) və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (ILAC) tamhüquqlu üzv qəbul olunduğu diqqətə çatdırılıb.
Sonda tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi və maarifləndirmə tədbirlərinin təşkili istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi məsələlərinə nəzər salınıb.
TÜİB nümayəndə heyəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində görüş keçirib.
TÜİB nümayəndə heyəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində görüş keçirib.