TÜİB-in Logistika və Gömrük Komissiyasının növbəti toplantısı quruma üzv olan Abşeron Logistika Mərkəzində keçirilib.
TÜİB-in Logistika və Gömrük Komissiyasının növbəti toplantısı quruma üzv olan Abşeron Logistika Mərkəzində keçirilib.
24 oktyabr 2025
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) Logistika və Gömrük Komissiyasının növbəti toplantısı quruma üzv olan Abşeron Logistika Mərkəzində keçirilib.
Görüş çərçivəsində komissiya üzvlərinə mərkəzin yeni təşəbbüsü – “Biznes Park Abşeron” layihəsi təqdim olunub. Bu layihə regionda biznesin inkişafına və yeni investisiya imkanlarının yaradılmasına töhfə verməyi hədəfləyir. Təqdimat zamanı iştirakçılara layihənin məqsədləri, infrastruktur üstünlükləri və potensial əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verilib.
Görüş zamanı Türkiyə və Azərbaycan iş dünyası nümayəndələri arasında logistik və gömrük sahəsində əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və yeni layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Təqdimatdan sonra komissiya üzvləri “Biznes Park Abşeron”un ərazisi ilə yerində tanış olaraq, layihənin praktiki mərhələləri və potensialı barədə fikir mübadiləsi aparıblar.
Bu cür görüşlər iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə, yeni biznes əlaqələrinin formalaşdırılmasına və regional logistika infrastrukturunun gücləndirilməsinə mühüm töhfə verir.



