Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə nazirinin müavini cənab Ahmet Aydın TÜİB-i ziyarət edib.
Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə nazirinin müavini cənab Ahmet Aydın TÜİB-i ziyarət edib.
25 oktyabr 2025
25 oktyabr 2025-ci il tarixində Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə nazirinin müavini cənab Ahmet Aydın, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyini (TÜİB) ziyarət edib.
Görüşdə TÜİB sədri Hüseyn Büyükfırat, TÜİB İdarə Heyətinin üzvləri, həmçinin Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin Çalışma və Sosial Güvenlik Müşaviri Fatih Bilal Alodalı və Baş Ticarət Müşaviri Nevzat Bozkurt iştirak ediblər.
Görüş zamanı qonaqlara TÜİB-in fəaliyyəti, həyata keçirilən layihələr və qarşıdakı planlar haqqında ətraflı məlumat verilib. Eyni zamanda, bu ilin dekabr ayında keçiriləcək II Azərbaycan–Türkiyə İnvestisiya Forumu barədə ətraflı təqdimat edilib və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Cənab Ahmet Aydın TÜİB-in fəaliyyətini yüksək qiymətləndirərək, iki qardaş ölkənin iş dünyası arasında körpü rolunu oynayan birliyin iqtisadi əlaqələrin güclənməsinə verdiyi töhfələri xüsusi vurğulayıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

.jpeg)
.jpeg)
.jpeg)