Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

AXA MBASK onlayn-ödənişlərin qəbulu xidmətini istifadəyə verdi

AXA MBASK onlayn-ödənişlərin qəbulu xidmətini istifadəyə verdi

AXA MBASK onlayn-ödənişlərin qəbulu xidmətini istifadəyə verdi

Dərc Edildi
29 mart 2018

 AXA MBASK sığorta şirkəti müştərilər üçün sığorta müqavilələri üzrə sığorta haqlarının ödənişinlərini həyata keçirməklə bağlı yeni xidmət təklif edir. Əvvəllər şirkətin müştəriləri sığorta haqqını ödəmək üçün birbaşa banka və ya sığorta şirkətinə  müraciət etmək məcburiyyətində qalırdılar. Bu isə müştərilər üçün çətinlik törədirdi. İndi isə ödənişlərin həyata keçirilməsi üçün müştərinin www.axambask.az  internet səhifəsinə daxil olması, müqavilənin nömrəsini yazması və bank kartı vasitəsilə ödəniş etməsi kifayətdir.

 Yeni xidmət bütün könüllü sığorta müqavilələri üzrə ödənişləri ilə yanaşı, azadolma məbləğini və subroqasiya işləri ilə bağlı ödənişləri həyata keçirmək imkan yaradır.

 

 AXA MBASK mövcud onlayn xidmətlərin çeşidini daim genişləndirməklə internet-ödəniş kanalını inkişaf etdirir. AXA MBASK sözügedən xidməti istifadəyə verməklə müştərilərlə distant qarşılıqlı əlaqələrin qurulması istiqamətində aparılan işlərin növbəti mərhələsini tamamlamış oldu.

 Hazırda şirkətin internet səhifəsində onlayn sığorta şəhadətnaməsini rəsmiləşdirmək, şəxsi kabinetdə qeydiyyatdan keçmək, zərərin tənzimlənməsi ilə bağlı vəziyyəti yoxlamaq, sığorta tarixçəsi ilə tanış olmaq və sığorta portfelinizi idarə etmək bölməsinə keçid etmək mümkündür.