Dövlət Gömrük Komitəsi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi arasında “Açıq Dialoq Platforması” çərçivəsində görüş keçirilib.
Dövlət Gömrük Komitəsi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi arasında “Açıq Dialoq Platforması” çərçivəsində görüş keçirilib.
22 may 2026
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) “Açıq Dialoq Platforması” çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun iştirakı ilə biznes nümayəndələri ilə görüş keçirilib.
Tədbirin açılış hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və TÜİB sədri Hüseyin Büyükfırat çıxış edərək dövlət–biznes əməkdaşlığının inkişafı, sahibkarlıq mühitinin dəstəklənməsi və gömrük sahəsində həyata keçirilən yeniliklər barədə fikirlərini bölüşüblər.
Daha sonra TÜİB-in fəaliyyətinə və “Etibarlı Tərəfdaşlıq Konsepsiyası”na dair təqdimatlar nümayiş olunub.
TÜİB-in Logistika və Gömrük Komissiyasının sədri Vüsal Xəlilovun moderatorluğu ilə Şahin Bağırov və Hüseyin Büyükfıratın iştirakı ilə sahəvi məsələlər üzrə panel müzakirəsi aparılıb. Panel zamanı logistika, gömrük prosedurları, elektron xidmətlər və biznes nümayəndələrinin gözləntiləri ətrafında fikir mübadiləsi həyata keçirilib, iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb.
Tədbir çərçivəsində TÜİB üzvlərinin təltifetmə mərasimi keçirilib, eyni zamanda iştirakçılar Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə yaxından tanış olublar.



.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)