Ərdoğan: Türkiyə yeni siyasi dövrə qədəm qoydu
Ərdoğan: Türkiyə yeni siyasi dövrə qədəm qoydu
Dərc Edildi
10 iyul 2018
Türkiyə prezident idarəetmə formasına keçməklə yeni siyasi dövrə qədəm qoydu.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan inaqurasiya mərasimindən sonrakı çıxışında bəyan edib.
“Mənə səs verən bütün vətəndaşlara minnətdarlığımı bildirirəm. Yeni və inkişaf edən Türkiyəyə məhz prezident idarəetmə forması vacib idi”, - R.T.Ərdoğan deyib.
O, həmçinin bildirib ki, qüdrətli Türkiyə güclü hökumət və parlament tərəfindən idarə olunacaq.