Hüseyin Büyükfırat Qəbələdə Türk Dövlətləri Zirvəsində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdü.
Hüseyin Büyükfırat Qəbələdə Türk Dövlətləri Zirvəsində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdü.
9 oktyabr 2025
Hüseyin Büyükfırat Qəbələdə Türk Dövlətləri Zirvəsində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdü.
7 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ev sahibliyi ilə Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşü baş tutub.
Zirvədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.
TÜİB sədri Hüseyin Büyükfırat Zirvə çərçivəsində keçirilən rəsmi qarşılanma mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, həmçinin digər dövlət rəsmiləri ilə bir araya gələrək fikir mübadiləsi aparıb.
Bu görüş Türk dünyasında iqtisadi əməkdaşlığın, xüsusilə də Türkiyə-Azərbaycan iş dünyası əlaqələrinin daha da güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
.jpeg)
.jpeg)