Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86 5 86
Mobil Telefon +994 51 641 58 58 5 86
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 12 497 15 86
Mobil Telefon +994 51 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək

II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək

II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək

Dərc Edildi
5 dekabr 2025

Bu ilin 23 dekabr tarixində Bakıda Azərbaycanın İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, dövlət və özəl qurumların, işgüzar birliklər və palataların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Forumda həmçinin regionlararası ticarətin təşviqi, enerji keçidi, dayanıqlı inkişaf və infrastruktur layihələri, ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsi və Dördüncü Sənaye İnqilabına həsr olunan panel sessiyaları keçiriləcək. 

İnvestisiya forumunda iştirak etmək istəyən Azərbaycan və Türkiyə sahibkarları link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https:az-trifregister.az.

Qeyd: Bütün müraciətlərə baxılacaq və iştirak təşkilatçılar tərəfindən təsdiqlənəcək.