Tanınmış ordinarius-professor,arxeoloq Harald Hauptmann 82 yaşında dünyasını dəyişib
Tanınmış ordinarius-professor,arxeoloq Harald Hauptmann 82 yaşında dünyasını dəyişib
4 avqust 2018
Professor,arxeoloq Harald Hauptmann 19 aprel 1936-cı ildə anadan olub. Məşhur arxeoloq 2 avqust 2018-ci il tarixində ürək tutmasından dünyasını dəyişib.
Professor Harald Hauptmann Şanlı Urfadakı erkən neolit dövrünə aid(e.ə. IX minillik) Nevalı Çori və Elazığ bölgəsindəki eneolit-tunc-erkən dəmir dövrünə aid Norşuntəpə Höyüğü məskənini tədqiqedən ekspedisiyaların rəhbəri olub, Pakistanın şimal bölgəsində aparılan arxeoloji tədqiqatlara başçılıq edib. Qeyd edib ki, aliminAnadolu, Yaxın Şərq, Pakistan, Balkan və Yunanıstanın qədimarxeologiyası üzrə monoqrafiyaları müasir arxeologiya elmininəsaslarını təşkil edir. H.Hauptmann Heydelberq Universitetininprofessoru, Heydelberq Akademiyasının, Serbiya Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvüdür.
Tuebingen, Saarbruecken ve Heidelberg kimi prestijli üniversitetlərdə təhsil alan, Heidelberg Üniversitetinin Ordinarius Professorluğunu və Heidelberg Üniversitetinin Fəxri Professorluq adlarına nail olub. Onun aşğıdakı nailiyyətləri və təltifləri mövcuddur.
Türkiyə Boğazköy-Hattusadakı qazıntılar: Yarıkkaya
Keban Layihəsi: Norşuntəpə Körtəpə Yəməndəki Arxeoloji və Müzeylər üçün UNESCO məsləhətləri
Aşağı Fırat Nehri Layihəsi Lidar-Höyük qazıntıları (Titriş Höyük-Ölükənd Şanlıurfa Göbəkli təpə çevrəsi Almaniya Arxeoloji Araşdırma şöbəsi
Pakistan-Almaniya, Şimali Pakistan ərazisində tədqiqat işində liderlik
Arxeoloji Baltistan(Pakistan) Gerda Henkel İnstitutunun tarixi üçün çox vacib olan qazıntılarda vəzifələr, Almaniya Berlin Arxeologiya İnstitutu,
Heidelberg Elmi və Humanitar Elmləri, Avstriya Arxeologiya İnstitutu, Vyana Elmlər və İncəsənət Akademiyası, Beograd Rumıniya Antik Trakya İnstitutu, Bükreş Türk Antik Elmləri İnstitutu, İstanbul-Almaniya Elm və Sənət Akademiyası, Münxen fəxri üzvlüyü olan
Almaniya Federativ Respublikasının Yüksək Xidmət Medalı (1998) Böyük Südet Alman Mədəniyyət Mükafatı (2002)
Fransa Universitetinin Sərəncamı,
Pakistan İslam Respublikasının üstün xidmət mükafatı (2009).
Türkiyədən Pakistana qədər bir çox önəmli arxeoloji qazıntılaretmiş Ordinarius-professor,arxeoloq Harald Hauptmann “Türkiyəvə Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi”nin(TÜİB) dəvəti ilə 25 Fevral – 3 Mart 2018 tarixləri arasındaAzərbaycanda səfərdə olub.
Türkiyənin Azərbaycandakı Səfirliyinin böyük dəstəyi və köməyisayəsində baş tutan səfər zamanı məşhur arxeoloq TürkiyəninAzərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Erkan Özoralla, eləcə də Elmlər Akademiyasında və ADA Universitetində görüşlərkeçirib. Harald Hauptmann Qobustan və Qubaya səfər edib, həmçinin onun Arxeoloji muzeyə və Şirvanşahlar sarayına dagəzintisi təşkil olunub.







