TİKA Bakı Proqram Koordinatoru Mahmut Ağırman TÜİB-i ziyarət edib
TİKA Bakı Proqram Koordinatoru Mahmut Ağırman TÜİB-i ziyarət edib
Dərc Edildi
24 iyul 2026
TİKA Bakı Proqram Koordinatoru Mahmut Ağırman TÜİB-i ziyarət edib
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru Mahmut Ağırman Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət edib.
Ziyarət çərçivəsində TİKA Bakı Proqram Koordinatoru Mahmut Ağırman ilə TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında iqtisadi, ticari və sosial əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkə arasında biznes mühitinin gücləndirilməsi, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də gələcəkdə birgə həyata keçirilə biləcək layihələr və təşəbbüslər barədə müzakirələr aparıblar.
Hüseyin Büyükfırat TÜİB-in fəaliyyəti, həyata keçirdiyi layihələr və Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişafına verdiyi töhfələr barədə məlumat verib. Mahmut Ağırman isə TİKA-nın Azərbaycanda reallaşdırdığı layihələr və əməkdaşlıq imkanları haqqında fikirlərini bölüşüb.
Görüş qarşılıqlı əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində niyyətlərin ifadə olunması ilə başa çatıb.

