TÜİB-də “Tərəqqi” medalı alan üzvlərin sayı artır
TÜİB-də “Tərəqqi” medalı alan üzvlərin sayı artır
Dərc Edildi
28 aprel 2026
Böyük qürur hissi ilə bildiririk ki, Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) “Tərəqqi” medalı ilə təltif olunan üzvlərinin sırasına yeni adlar əlavə olunmuşdur.
Belə ki, TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və sədr vəkili Savaş Uzanın sırasına, İdarə Heyətinin üzvləri Necmeddin Taşbağ və Rəna Məmmədova da qoşulmuşdur.
Bu yüksək dövlət mükafatı onların ölkəmizin sosial-iqtisadi inkişafına, iş dünyasının gücləndirilməsinə və Azərbaycan–Türkiyə iqtisadi əlaqələrinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfələrin bariz göstəricisidir.
TÜİB ailəsi olaraq hər iki üzvümüzü ürəkdən təbrik edir, fəaliyyətlərində davamlı uğurlar arzulayırıq!