TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat Məkkə şəhərində keçirilən beynəlxalq halal sərgidə iştirak edərək Azərbaycan pavilyonunu ziyarət edib.
Ana Səhifə

Dərc Edildi
18 fevral 2026
"Azərbaycan-Türkiyə İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat Məkkə şəhərində keçirilən beynəlxalq halal sərgidə iştirak edərək Azərbaycan pavilyonunu ziyarət edib.
Məkkədə təşkil olunan beynəlxalq Halal Sərgi və Forum çərçivəsində Azərbaycan məhsulları böyük maraqla qarşılanıb. Milli pavilyonda ölkəmizin müxtəlif sahələr üzrə istehsal etdiyi halal sertifikatlı məhsullar nümayiş etdirilib və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Sərgi çərçivəsində pavilyonu ziyarət edən Hüseyin Büyükfırat Azərbaycan şirkətlərinin beynəlxalq halal bazarındakı potensialını yüksək dəyərləndirib, yerli istehsalçıların ixrac imkanlarının genişləndirilməsinin və OIC ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Beynəlxalq platformada Azərbaycan pavilyonuna göstərilən maraq ölkəmizin halal sənayesində artan rolunun və keyfiyyətli məhsullarının göstəricisidir.