TÜİB-in Logistika və Gömrük Komissiyasının növbəti iclası təşkil olunub.
TÜİB-in Logistika və Gömrük Komissiyasının növbəti iclası təşkil olunub.
19 fevral 2026
TÜİB-in Logistika və Gömrük Komissiyası “Gültekin Logistika” şirkətinə işgüzar səfər həyata keçirib və səfər çərçivəsində növbəti komissiya iclası təşkil olunub.
Görüş zamanı logistika və gömrük sahələrində müşahidə olunan aktual trendlər, beynəlxalq daşımalar prosesində yeni yanaşmalar, rəqəmsallaşma və əməliyyat səmərəliliyinin artırılması istiqamətləri geniş şəkildə müzakirə edilib. Eyni zamanda, qarşılıqlı əməkdaşlıq imkanları, üzv şirkətlər arasında təcrübə mübadiləsinin gücləndirilməsi və gələcək fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Komissiya üzvləri belə görüşlərin sektor daxilində koordinasiyanın möhkəmləndirilməsi, praktik problemlərin birgə müzakirəsi və effektiv həll mexanizmlərinin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Səmimi qəbul və konstruktiv müzakirələrə görə “Gültekin Logistika” şirkətinə təşəkkürümüzü bildirir, gələcək əməkdaşlığın daha da genişlənəcəyinə inanırıq.