TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat Şanlıurfa Valisi Hasan Şıldak ilə görüşüb
TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat Şanlıurfa Valisi Hasan Şıldak ilə görüşüb
27 noyabr 2025
Türkiyə–Azerbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat Şanlıurfa valisi cənab Hasan Şıldak ilə görüş keçirib.
Görüş zamanı Hüseyin Büyükfırat TÜİB-in fəaliyyəti, qardaş ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr və biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş təşəbbüslər barədə geniş məlumat verib.
Söhbət zamanı həmçinin Bakıda keçiriləcək II Azərbaycan–Türkiyə İnvestisiya Forumu barədə ətraflı məlumat təqdim olunub və cənab Vali foruma rəsmi şəkildə dəvət edilib. Forumun hər iki ölkənin iqtisadi dairələrini bir araya gətirən mühüm platforma olduğu, yeni investisiya imkanlarının müzakirəsi və əməkdaşlıq perspektivlərinin dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Hüseyin Büyükfırat qarşıdan gələn forumda ticarət palatalarının, iş adamları birliklərinin və regional iqtisadi qurumların iştirakının vacibliyini qeyd edərək, Şanlıurfa iş dünyasının da bu prosesə töhfə verməsinin önəmli olduğunu bildirib.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib və gələcək əməkdaşlıq istiqamətləri barədə razılıqlar əldə edilib.