TÜİB-in “Ənənəvi İftar Proqramı” keçirilib.
TÜİB-in “Ənənəvi İftar Proqramı” keçirilib.
Dərc Edildi
11 mart 2026
TÜİB-in “Ənənəvi İftar Proqramı” keçirilib.
11 mart 2026-cı il tarixində Fairmont Baku Flame Towers məkanında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) tərəfindən “Ənənəvi İftar Proqramı” təşkil olunub.
Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, TÜİB üzvləri, Türkiyə və Azərbaycanın iş dünyasının nümayəndələri, həmçinin müxtəlif qurumların təmsilçiləri iştirak ediblər.
Tədbir Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra Din müşavirliyi tərəfindən şəhidlərin ruhuna dualar oxunub və azan səsləndirildikdən sonra iftar süfrəsi açılıb.
İftar proqramı çərçivəsində TÜİB-in fəaliyyəti haqqında videoçarx nümayiş olunub. Ardınca TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat çıxış edərək qonaqları salamlayıb, Ramazan ayının birlik, paylaşma və həmrəylik kimi dəyərləri təşviq etdiyini vurğulayıb. O, TÜİB-in Azərbaycan və Türkiyə arasında iqtisadi və işgüzar əlaqələrin inkişafına töhfə vermək məqsədilə fəaliyyətini davam etdirdiyini bildirib.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün isə çıxışında Ramazan ayının mənəvi əhəmiyyətindən bəhs edərək, bu kimi tədbirlərin insanlar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini qeyd edib. O, həmçinin Türkiyə və Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi iş dünyasında da uğurla inkişaf etdiyini vurğulayıb.
İftar proqramı səmimi və işgüzar atmosferdə baş tutub, tədbir iştirakçıları arasında qarşılıqlı ünsiyyət və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaradıb.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)