TÜİB üzvləri iftar süfrəsinə toplandılar - FOTOLAR
TÜİB üzvləri iftar süfrəsinə toplandılar - FOTOLAR
22 may 2018
Türkiyə İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) mayın 20-də «Dream Golf Club»da iftar süfrəsi təşkil edib. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özoral və xanımının, KKTC Bakı temsilcisi Ufuk Turganerin, Yunus Emre Enstitüsü direktoru Cihan Özdemir və həyat yoldaşının, "Azərsun Holdinq" rəhbəri Abdolbari Gozaalın, TÜİB üzvlərinin, eləcə də digər qonaqların qatıldığı ifrat süfrəsi duaların oxunması ilə başlayıb.
Sonra TÜİB sədri Hüseyin Büyükfırat və digər natiqlər çıxış edərək mübarək Ramazan ayının, orucluğun savablarını xatırladıb, eləcə də aktual məsələlərlə bağlı fikirlərini bildiriblər.
İftar süfrəsində Türkiyə səfirliyinin müşavirləri - ticarət müşaviri Ahmet Ataker, çalışma və sosyal güvənlik müşaviri Ahmet Açıkgöz, basın müşaviri Hamit Karadeniz, eğitim müşavirliği - Mahmut Ağırman, din müşavirliği Kamil Güneş də qatılıb.
Olduqca xoş əhvalda keçən iftar sürəsində TÜİB üzvləri və qonaqlar iş həyatına aid müxtəlif məsələləri də müzakirə ediblər. Toplantıda səfir E.Özoral və səfirliyin digər nümayəndələri iş adamlarının suallarını cavablandırıblar.
İftar süfrəsi tədbirində məşhur azərbaycanlı rəssam, dünyada ipək üzərində rəsm yaradan yeganə sənətkar, ipək üzərində “Qurani-Kərim”in müəllifi Tünzalə Məmmədzadənin sərgisi də keçirilib.

















