TÜİB üzvü Kaşıbeyaz Baku Dreamland Baku-də fəaliyyətə başladı
TÜİB üzvü Kaşıbeyaz Baku Dreamland Baku-də fəaliyyətə başladı
Dərc Edildi
21 aprel 2026
Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) üzvü olan Kaşıbeyaz Baku şəhərin premium həyat tərzi məkanlarından biri olan Dreamland Baku-də fəaliyyətə başlayıb.
Türk mətbəxinin zəngin kulinariya irsini və qonaqpərvərlik ənənələrini özündə birləşdirən Kaşıbeyaz, Bakıda yüksək keyfiyyətli və fərqli restoran konsepti ilə çıxış edir. Brendin paytaxtda fəaliyyətə başlaması şəhərin restoran və həyat tərzi mühitinə dəyərli töhfə kimi qiymətləndirilir.
Zövqlü və müasir interyeri, geniş və komfortlu atmosferi ilə məkan həm gündəlik görüşlər, həm də xüsusi tədbirlər üçün ideal seçimdir.
TÜİB olaraq üzvümüzə fəaliyyətində uğurlar arzulayır, hər kəsi bu yeni qastronomik məkanı kəşf etməyə dəvət edirik.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
