Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

TÜİB üzvü olan Mr.Fix beynəlxalq inşaat sərgisində geniş məhsul çeşidləri ilə çıxış edib

TÜİB üzvü olan Mr.Fix beynəlxalq inşaat sərgisində geniş məhsul çeşidləri ilə çıxış edib

TÜİB üzvü olan Mr.Fix beynəlxalq inşaat sərgisində geniş məhsul çeşidləri ilə çıxış edib

Dərc Edildi
24 oktyabr 2018

 

23-26 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 24-cü Azərbaycan Beynəlxalq İnşaat Sərgisi keçirilir.

 Kartaş LTD MMC-yə məxsus Mr.Fix tikinti kimyəviləri hər il olduğu kimi bu il də, sərgidə fəal iştirak edir. Stenddə nümayiş olunan bitum əsaslı su izolyasiya materialları (Bitufix), Polyboard istilik izolyasiya sistemləri, beton qatqıları, kafel və keramika yapışdırıcıları, dərz dolğuları, dekorativ və digər suvaq məhsulları sərgi ziyarətçilərində xüsusi maraq oyadır.  

Mr.Fix Bakı Ekspo Mərkəzdə hər zamankı yerində (B 1046 saylı stend) ziyarətçilərini qəbul edir. Yüzlərlə mütəxəssisin ziyarət etdiyi Mr.Fix stendində məhsul qruplarına özəl tətbiq lövhələri təkcə nəzəri deyil, həm də praktik məlumatlar təqdim edir. Stendi ziyarət edənlər: yeni və mövcud məhsullar haqqında məlumatlar alır; qarşılıqlı əməkdaşlıq, iş və təcrübə imkanları müzakirə edir! Sərgidə inşaat sektorundan müxtəlif peşə sahibləri Mr.Fix məhsulları ilə maraqlanaraq qarşılıqlı təcrübə və fikir paylaşımı edir.  

Mr.Fix markası 15 ildir ki, “Doğru seçim, doğru nəticə” devizi altında yerli inşaat bazarının qabaqcıl istehsalçısıdır. Mr.Fix 200-dən çox çeşiddə tikinti kimyəviləri ilə müştərilərin xidmətindədir.  Texnoloji yenilikləri daima izləyən, tədqiqat və inkişaf fəaliyyətlərini fasiləsiz olaraq davam etdirən şirkət, yüksək keyfiyyətli tikinti materiallarını istehsal edir. ISO 9001 keyfiyyəti idarəetmə sistemi, AZS və Avropa standartlarına uyğun olaraq istehsal edilən məhsullar etibar edilən və ən çox üstünlük verilən məhsullardandır.

TÜİB üzvü olan Mr.Fix beynəlxalq inşaat sərgisində geniş məhsul çeşidləri ilə çıxış edib
TÜİB üzvü olan Mr.Fix beynəlxalq inşaat sərgisində geniş məhsul çeşidləri ilə çıxış edib