“Türkiyə: Avropanın təhlükəsizliyi üçün əvəzedilməz müttəfiq”
“Türkiyə: Avropanın təhlükəsizliyi üçün əvəzedilməz müttəfiq”
23 mart 2018
Türkiyə Xarici işlər Naziri Cənab Mövlud Çavuşoğlunun Le Monde qəzetində dərc olunan “Türkiyə: Avropanın təhlükəsizliyi üçün əvəzedilməz müttəfiq” başlıqlı məqaləsi, 20 Mart 2018...
Türkiyə: Avropanın təhlükəsizliyi üçün əvəzedilməz müttəfiq
DEAŞ kimi terror təşkilatları ilə mübarizə və miqrasiya istiqamətləri hazırda Avropa ölkələrinin qarşısında duran ən böyük çətinliklərdir. Türkiyə, bu çətinlikləri aşma mövzusundakı beynəlxalq səylər kontekstində mühüm bir rol oynamağa davam etməkdədir.
Avropa Birliyinin Suriya mənşəli miqrant axınının idarə olunmasını təmin edən Türkiyədir. Ölkəmiz təkcə 3,5 milyonluq suriyalını qəbul etməklə kifayətlənməmiş, eyni zamanda Qərbi Avropaya getmək üçün Egey dənizindən təhlükəli keçid etmələrini əngəlləyərək minlərlə insanın həyatda qalmasını təmin etmişdir.
Türkiyə DEAŞ-ı terror təşkilatı olaraq tanıyan ilk ölkələrdən biridir. Ölkəmiz DEAŞ-a qarşı yaradılmış beynəlxalq koalisiyanın da bir üzvüdür.
Bəzi Qərb ölkələri cihatçıların hava limanlarından keçidlərinə nəzarət məsələsində çətinlik çəkərkən belə Türkiyə, 4.000-dən çox şübhəli şəxslərin ölkəyə daxil olmasını əngəlləmiş, təxminən 6.000 terrorçunu deportasiya etmiş, 10.000-dən çox DEAŞ və Əl-Qaidə üzvünü həbs etmiş və Suriya ilə 911 km uzunluğundakı sərhəddinin təhlükəsizliyini təmin etmək üçün böyük səy sərf etmişdir.
Koalisiyanın digər üzvləri meydanda simvolik bir iştirakla kifayətlənərkən, Türkiyə tək başına 2016-cı ildən etibarən DEAŞ-a qarşı Azad Suriya Ordusunun tərəfində vuruşmuşdur. Türk ordusu tərəfindən idarə edilən və Cerablus, Əl-Bab və ətrafındakı şəhərlərin azad edilməsi və yüz minlərlə suriyalının əmin-amanlıq içində evlərinə qayıtmasını təmin edən “Fərat Qalxanı” əməliyyatı bu baxımdan nümunə göstərilə biləcək hətta nadir bir əməliyyatdır.
Bəs, Avropalıların təhlükəsizlikləri baxımından güvəndikləri Türkiyənin düzgün anlaşıldığını söyləyə bilərikmi? Ölkəmizin hərəkətlərinin düzgün çatdırıldığı və təqdir edildiyi deyilə bilərmi? Təəssüf ki, vəziyyət belə deyil.
Hazırda qərbdə rast gəlinən Turkiyə əleyhinə ritorika qərbli ekstremistlər tərəfindən qacqın axınından istifadə edilərək qidalanan ksenofobiya ve islama qarşi nifretin artmasının qismən əks olunmasıdır. Bunun xaricində bəzi vicdandan məhrum siyasətçilər, seçicilərini qane etmək üçün Türkiyənin Avropa Birliyinə daxil olmasına ziddiyyətli şəkildə “siyasi düzgünlük” adı altında ksenofobiya və müsəlmanlar əleyhinə mesajlarını gizlətməyə çalışmışdılar.
Bu ritorika həmçinin bəzilərinin Türkiyənin son illərdə üz-üzə qaldığı təhdidləri ciddiyə almağı rədd etməsindən və tamamilə lazımsız şəkildə liderlərini avtoritarlaşmaq və fərdi hüquqları pozmaqla təqsirləndirənlərdən də qaynaqlanmaqdadır. Halbuki sərhəd bölgələrinin nəzarətini ələ keçirən DEAŞ və ya PKK, PYD və YPG kimi terror təşkilatlarının zorakılıq aktları, Fətullah Gülən və təşkilatı tərəfindən 2016-cı il 15 iyulda həyata keçirilən qanlı dövlət çevrilişi cəhdi, türk vergi ödəyicilərinin vergilərindən qarşılanan Suriyalı qaçqınların iqtisadi və sosial yükü kimi Türkiyənin qarşılaşdığı təhdid və çətinliklər qarşısında daha çox hansı Avropa ölkəsi bu hüquqlara hörmət göstərə bilərdi? Əslində heç bir ölkə eyni vaxtda bu cür müxtəlif çətinliklər qarşısında daha yaxşı bir şəkildə bacara bilməzdi.
Strasburqda yerləşən Avropa Şurasının qurucu üzvü olan Türkiyə, Avropa İnsan Haqları Konvensiyasının tərəfdarıdır. Bu razılaşma, digər Avropa ölkələrində olduğu kimi Türkiyə ədaləti tərəfindən də bütün vətəndaşlarının fərdi hüquqlarına hörmət edilməsini zəmanət altına alır. Beləliklə, heç kim Türkiyədə bu hüquqlara Avropadakı başqa bir ölkədən daha az hörmət göstərildiyini iddia edə bilməz.
Türkiyə bu gün qərarlılığı sayəsində öz torpaqlarında DEAŞ, PKK, PYD və YPG kimi terror təşkilatları tərəfindən hər hansı bir terror aksiyasını törətməsinə mane olmağı bacarmaqdadır. FETO terror təşkilatı ilə mübarizədə qeyd edilən irəliləyişlər sayəsində fövqəladə halın çox yaxın zamanda ləğv edilməsi mümkün olacaqdır. Fransada da fövqəladə halın ləğv edilməsi 719 gün davam etmişdir.
Bu gün Türkiyə, möhkəm siyasi sabitliyə və Avropa ölkələri arasında ən yüksək iqtisadi artım göstəricilərinə malikdir. Hər il təxminən 40 milyon turisti qəbul edən Türkiyə, eyni zamanda dünyanın ən etibarlı turist məkanlarından biri olmağa davam edir.
Suriyada siyasi bir həll tapılması məsələsində hər cür səylərini ortaya qoyan Türkiyənin prioriteti, Avropa və NATO-nun da Yaxın Şərq ilə sərhəddini təşkil edən bu ölkə ilə ortak olan sərhəddində ola biləcək hər növ terror ünsürlərinin ortadan qaldırılmasıdır.
Afrində PKK, PYD, YPG və DEAŞ-a qarşı həyata keçirilən “Zeytun Budağı” əməliyyatı hədəfinə çatana qədər davam edəcəkdir. Türkiyə nəyin bahasına olursa olsun bu terror təşkilatının sərhədə bitişik ərazidəki Suriya torpaqlarını işğal etməsinə icazə verməyəcək və PKK, PYD, YPG terrorçularını DEAŞ-a qarşı apardıqları qondarma mübarizədə muzdlu əsgər kimi istifadə etməyin yaxşı bir ideya olduğunu düşünən müttəfiqlərinə bunun necə yanlış bir fikir olduğunu və səhvlərinin böyüklüyünü göstərmək üçün əlindən gələni edəcəkdir.
Müttəfiqlərimiz, Türkiyənin Avropa və bölgənin təhlükəsizliyi baxımından ən möhkəm müttəfiq olduğunu və belə olmağa da davam edəcəyini dərk edəcəklər.