Zəhmət olmasa, üzv olmaq üçün aşağıdakı məlumatları doldurun. Ad, soyad, e-poçt ünvanı və əlaqə nömrənizi qeyd edərək müraciətinizi tamamlayın. Məlumatlarınız təsdiqləndikdən sonra sizinlə əlaqə saxlanılacaq

Üzvlük Müraciəti
Əlaqə Məlumatlarımız
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr
Əlaqə Məlumatlarımız
Ofis Telefonu +994 (012) 497 15 86
Mobil Telefon +994 (051) 641 58 58
E-poçt Ünvanı info@tuib.az
Sosial Şəbəkələr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri- TƏFƏRRÜAT

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri- TƏFƏRRÜAT

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri- TƏFƏRRÜAT

Dərc Edildi
16 sentyabr 2018

 Sentyabrın 15-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti qeyd olundu. Türkiyə Prezidentinin səfərinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd edildi. Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə paytaxtda keçirilən paradın əlaqələrimizin tarixində mühüm hadisə olduğu vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, burada dövlət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklillər qoydular.

Dövlət başçıları Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etdilər.

Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklillər qoydular.

Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazdılar.

Əliyevlə Ərdoğan paradı belə izlədi...

Əliyevlə Ərdoğan paradı belə izlədi

  Bakı şəhərinin 1918-ci il sentyabrın 15-də bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 100 illiyi münasibətilə Azadlıq meydanında hərbi parad keçirilib.

 Paradı birlikdə izləyən Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan dünyaya bir daha qardaşlıq və həmrəylik mesajı veriblər.

Sentyabrın 15-də Bakının azad olunmasının 100 illiyi ilə bağlı keçirilən təntənəli paraddan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qız qalasının qarşısına gəldilər. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qız qalasının qarşısında paradda iştirak edən əsgərlərlə görüşdülər, onlarla xatirə şəkilləri çəkdirdilər.Burada əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını tutmuş Bakı sakinləri və şəhərimizin qonaqları Prezident İlham Əliyevi və Prezident Rəcəb Tayyib Ərdoğanı böyük coşqu ilə qarşıladılar. Onlar Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı şüarlar səsləndirdilər.

Dövlət başçıları paytaxt sakinləri ilə xatirə şəkilləri çəkdirdilər.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də birgə işçi nahar ediblər.
  Dövlət başçıları əvvəlcə Dağüstü parkdan Bakının mənzərəsini seyr ediblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 15-də axşam saatlarında başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər yola saldılar.